Modern.az

Azərbaycan səması “Dəmir günbəz”lə qorunacaq - RƏSMİ

Azərbaycan səması “Dəmir günbəz”lə qorunacaq - RƏSMİ

Aktual

17 Dekabr 2016, 13:05

Azərbaycan Müdafiə Nazirliyi ilə İsrailin müvafiq qurumu arasında "Dəmir günbəz" Raket Hücumundan Müdafiə Sisteminin alınmasına dair razılaşma əldə olunub. Modern.az xəbər verir ki, bunu Müdafiə Sənayesi Naziri Yavər Camalov bildirib.

 

Nazir Müdafiə Sənayesi Nazirliyinin həmin sistemin alınmasına müsbət rəy verdiyini də qeyd edib.

"Dəmir günbəz" Raket Hücumundan Müdafiə taktiki sistemi uçuş məsafəsi 4 km-dən 70 km-dək olan, idarə edilməyən taktiki raketlərdən müdafiə üçün nəzərdə tutulur.

Sistem İsrailin "Rafael" şirkəti tərəfindən yaradılıb.

 

Mirmahmud KAZIMOĞLU

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı