Modern.az

Bir ailənin üç üzvünü vuran sürücünün kimliyi məlum olub - Yenilənib

Bir ailənin üç üzvünü vuran sürücünün kimliyi məlum olub - Yenilənib

Aktual

19 Dekabr 2016, 01:08

Ağstafada 3 piyadanı vurub hadisə yerindən qaçan sürücünün kimliyi məlum olub. Modern.az saytı xəbər verir ki, APA-nın məlumata görə qəzanı törədən şəxs Ağstafa rayon sakin, 1992-ci il təvəllüdlü Rəşad Nazim oğlu İsmayılovdur. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

20:44

 

Ağstafa şəhərində avtomobillə vurularaq öldürülən şəxsin kimliyi məlum olub. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, yol-nəqliyyat hadisəsi Ağstafa şəhəri,  Ü.Hacıbəyov  prospektində baş verib.

Naməlum avtomobil bir ailənin üç üzvünü vuraraq hadisə yerindən qaçıb. Nəticədə Ağstafa şəhər sakini, 1959-cu il təvəllüdlü Səlminaz Tağıyeva hadisə yerində dünyasını dəyişib. Onun oğlu 1983-cü il təvəllüdlü Əvəz Tağıyev və nəvəsi, 2001-ci təvəllüdlü Tunar Tağıyev isə müxtəlif dərəcələri xəsarətlərlə  Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı