Modern.az

Bakıda 16 minə yaxın taksi işləyir

Bakıda 16 minə yaxın taksi işləyir

Aktual

21 Dekabr 2016, 12:07

“Son bir ildə taksi sürücülərinin nəqliyyat müfəttişləri tərəfindən incidilməsi, onlara qarşı zor tətbiq edilməsi və dövlət rüsumdan kənar ödənişlərin tələb edilməsi halları tamamiylə aradan qaldırılıb”.

Modern.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli jurnalistlərə açıqlamasında deyib.

V.Kərimli qeyd edib ki, hazırda Bakıda təqribən 15-16 min taksi minik avtomobili faəliyyət göstərir.

Onun sözlərinə görə, Bakıda taksi fəaliyyəti göstərən 7215 hüquqi və fiziki şəxs barədə (sürücülərin soyadı, əlaqə nömrələri və texniki göstəriciləri), həmçinin nəqliyyat vasitələrinin sayı, buraxılış ili və yerləşdiyi ünvan barədə məlumat bazası hazırlanıb.

 

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı