Modern.az

Gəncədə 26 yaşlı gənc elektrik cərəyanı vurması nəticəsində öldü

Gəncədə 26 yaşlı gənc elektrik cərəyanı vurması nəticəsində öldü

Aktual

25 Dekabr 2016, 14:25

Goranboy rayon sakinin Gəncədə elektrik cərəyanı vurub.

 

Modern.az-ın APA-ya Qərb bürosunun verdiyi məlumata görə, hadisə Türklər qəsəbəsində baş verib.

 

Yeni tikilməkdə olan obyektlərin birində çalışan Goranboy rayon sakini 1990-cı il təvəllüdlü Paşayev İsmət Mahmud oğlu işləyən zaman elektrik cərəyanı onu vurub. Ona dərhal yardım göstərilsə də, həyata qaytarmaq mümkün olmayıb.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı