Modern.az

"Binə" və "Sədərək"də 5 mindən çox fişəng aşkarlandı

"Binə" və "Sədərək"də 5 mindən çox fişəng aşkarlandı

Aktual

26 Dekabr 2016, 12:08

“Binə” və “Sədərək” ticarət mərkəzlərində 53200 ədəd müxtəlif formalı pirotexniki məmulatlar aşkar edilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, bu günlərdə Bakı Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən “Binə” və “Sədərək” ticarət mərkəzlərində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində külli miqdarda müxtəlif formalı pirotexniki məmulatlar aşkar edilib.

Adıçəkilən ticarət mərkəzlərində həyata keçirilən əməliyyat zamanı müxtəlif formalı pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslərdən ümumilikdə 53200 ədəd bu kimi məhsullar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı