Modern.az

"Heydər Əliyev" ordeni kimlərə verilib... - SİYAHI

"Heydər Əliyev" ordeni kimlərə verilib... - SİYAHI

Aktual

26 Dekabr 2016, 16:24

Ölkə qanunvericiliyinə görə, 28 aprel 2005-ci il tarixindən Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi "Heydər Əliyev" ordenidir.

"Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına və əcnəbilərə verilə bilər.


Orden ölkə vətəndaşlarına aşağıdakı hallarda verilir:

- Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə;

- Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə.

"Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının Prezidentinə onun statusuna görə verilir.

Əcnəbilərə aşağıdakı hallarda verilir:

- Azərbaycan Respublikası qarşısında görkəmli xidmətlərinə görə;

- Azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;

- Azərbaycan Respublikası ilə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə.

"Heydər Əliyev" ordeni ulduzdan, orden zəncirindən və nişandan ibarətdir.

Ordenin hazırlanmasında 525 əyarlı 533,29 qram gümüşdən, 999 əyarlı 3,89 qram gümüşdən, 750 əyarlı 57,42 qram qızıldan, 999 əyarlı 6,42 qram qızıldan, cəmi 0,83 karatlıq 8 brilyant daşdan, cəmi 5,34 karatlıq 224 brilyant daşdan, cəmi 1 karatlıq 67 brilyant daşdan, ümumən isə 299 brilyant daşdan istifadə olunub.

"Heydər Əliyev" ordeninin ilk laureatı Prezident İlham Əliyev olub. İlham Əliyev 28 aprel 2005-ci il tarixində atasının adını daşıyan bu ordenlə təltif olunub və ona "Heydər Əliyev" ordeninin bir nömrəli vəsiqəsi təqdim olunub.
"Heydər Əliyev" ordenini və onun bir nömrəli vəsiqəsini Prezident İlham Əliyevə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev təqdim edib.

Modern.az saytı “Heydər Əliyev” ordeni ilə təltif olunmuş şəxslərin siyahısını təqdim edir.

 

28.04.2005 — İlham Əliyev, Azərbaycan Respublikasın Prezidenti (Onun statusuna görə);

 

29.04.2005 — İhsan Doğramacı, Türkiyə Bilkənt və Höcəttəpə Universitetlərinin banisi, məşhur pediatr və mesenant (Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə);

 

29.01.2007 — Jak Şirak, Fransa Respublikasının Prezidenti (Fransa ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);

 

27.03.2007 — Mstislav Leopoldoviç Rostropoviç, Məşhur violençel ifaçısı və dirijor (Azərbaycanın beynəlxalq mədəni əlaqələri və musiqi sənətinin inkişafındakı böyük xidmətlərinə görə);

 

21.05.2008 — Viktor Andreyeviç Yuşşenko, Ukrayna Prezidenti (Ukrayna ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);

 

27.11.2008 — Tahir Salahov, məşhur Azərbaycan və SSRİ rəssamı (Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə);

 

14.06.2009 — şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Küveyt Dövlətinin əmiri (Küveyt Dövləti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);

 

02.07.2009 — Lex Kaçinski, Polşa Respublikasının Prezidenti (Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);

 

10.08.2009 — Valdis Zatlers, Latviya Respublikasının Prezidenti (Latviya Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);

 

18.04.2011 — Trayan Besesku, Rumıniya Respublikasının Prezidenti (Rumıniya ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə);

 

14.11.2011 — Georgi Pırvanov, Bolqarıstan Respublikasının Prezidenti (Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).

 

11.07.2012—  Emoməli Rəhmon, Tacikistan Respublikasının Prezidenti (Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).

 

13.09.2013—  Arif Məlikov, Xalq Artisti, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor  (Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə).

 

11.11.2013— Abdulla Gül, Türkiyə Cümhuriyyətinin keçmiş  Prezidenti (Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə ).

 

17.11.2013— Viktor Fyodoroviç Yanukoviç, Ukrayna Prezidenti (Ukrayna ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə).

 

02.09.2014—Rəcəb Tayyib Ərdoğan, Türkiyə Cümhuriyyətinin Prezidenti (Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişafında xüsusi xidmətlərinə görə).

 

29.06.2015—Mehriban Arif qızı Əliyeva, Azərbaycanın birinci xanımı ( Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə).

 

28.11.2016—Aleksandr Qriqoryeviç Lukaşenko, Belarus Respublikasının Prezidenti (Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).

 

26.12.2016— Zeynəb Xanlarova, görkəmli müğənni, xalq artisti, millət vəkili (Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə).

 

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı