Modern.az

Bakıda taksi sürücüsünə qarşı quldurluq edildi

Bakıda taksi sürücüsünə qarşı quldurluq edildi

Aktual

27 Dekabr 2016, 11:49

Dekabrın 26-da Sabunçu rayonunun "Baksol" yaşayış sahəsində Füzuli rayon sakini Xaləddin Məmmədovun idarə etdiyi "Opel" markalı avtomobilə sərnişin qismində oturmuş 3 nəfər Sabunçu qəsəbəsinə gedəcəklərini bildir. Onlar qəsəbə ərazisində sürücünü bıçaqla hədələyərək pul verməsini tələb etmiş, X.Məmmədov pulunun olmadığını dedikdə isə onu avtomobildən düşürüb həmin nəqliyyat vasitəsində gediblər.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB, Nəsimi RPİ 19-cu PB və Bakı BPİ DYPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Binəqədi rayonu ərazisində tapılıb və hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Vüsal Əliyev tutulub, digər 2 nəfər isə müəyyən edilib.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...