Modern.az

Yanğın baş verən Səngəçal qaz kəmərində təmir başladı

Yanğın baş verən Səngəçal qaz kəmərində təmir başladı

Aktual

11 Yanvar 2017, 11:02

Ötən gün yanğın baş verən Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılıb. Bu barədə SOCAR-ın mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib. Görülmüş tədbirlər nəticəsində yanğın lokallaşdırılaraq söndürülüb.

Qazın nəqli alternativ xəttə keçirilib, istehlakçıların qaz təchizatında fasilə yaranmayıb. Kəmərdə təmir-bərpa işlərinə başlanılıb”.

 

Gülşən RAUFQIZI

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı