Modern.az

Azərbaycandan Rusiyaya aparılan külli miqdarda pul tutuldu

Azərbaycandan Rusiyaya aparılan külli miqdarda pul tutuldu

Aktual

13 Yanvar 2017, 13:38

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin “Samur” gömrük postunda Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə gedən Azərbaycan  vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, saxlanılan vətəndaşın idarə etdiyi “Hyundai Sonata”  markalı minik avtomobilinə gömrük baxışı həyata keçirilib, eləcə də  vətəndaşın  üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı avtomobildən və vətəndaşın üzərindən gömrük orqanlarına bəyan edilməmiş, ümumilikdə 2 milyon 820 min 500 Rusiya rublu aşkar olunaraq götürülüb.
 Faktla bağlı araşdırma aparılır. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı