Modern.az

Daha bir marşrutun hərəkət istiqaməti dəyişdi

Daha bir marşrutun hərəkət istiqaməti dəyişdi

Aktual

13 Yanvar 2017, 14:27

Bakıda daha bir marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, müntəzəm sərnişindaşıma ilə məşğul olan 92 nömrəli marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib: "Belə ki, Xocəsən-Binəqədi-Biləcəri yolunun bir hissəsinin asfalt örtüyünün yenidən salınması ilə əlaqədar 92 nömrəli marşrut xətti son dayanacaq kimi "Dördyol" adlandırılan ərazidən dönərək əks istiqamətdə hərəkətini davam etdirəcək".

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada gərginlik! Dəhşətli t*error cəhdi - Ö*lənlər var