Modern.az

Bülənt Arınçın keçmiş ortağı həbs olundu

Bülənt Arınçın keçmiş ortağı həbs olundu

Aktual

6 May 2017, 18:13

Türkiyə baş nazirinin sabiq müavini Bülənt Arınçın keçmiş ortağı həbs  B.Y.nin də aralarında olduğu 13 vəkil həbs edilib.

Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, vəkillər Manisa şəhər Prokurorluğunun göstərişləri əsasında saxlanılıblar. Onlar FETÖ/PDY terror təşkilatına qarşı aparılan əməliyyatlar çərçivəsində həbs olunub...

Manisa Polisi Terrorla Şöbəsinin Qərargahında sorğusu tamamlanan vəkillər dünən axşam ədliyyəyə sövq edildi.

Şübhəlilərdən B.Y.nin aralarında yer aldığı 7 vəkil həbs olunub, digərləri nəzarət altında qalmaqla sərbəst buraxılıb. Həbs olunan vəkillərdən birinin FETÖ-çülərdən bəzi şəxsləri "etirafçı olsan cəza alarsan, olmasan bəraət qazanarsan" şəklində idarə etdiyi iddia edilib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı