Modern.az

Gəncədə minaatan mərmisi aşkarlandı

Gəncədə minaatan mərmisi aşkarlandı

Aktual

26 İyun 2017, 20:14

Gəncənin Nizami rayonunda ″AZƏRİTTİFAQ″-ın yaxınlığında 1 ədəd 50 mm-lik minaatan mərmisi (O-822) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Modern.az-a verilən məlumata görə, ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən bügünədək respublika ərazisində 5 781 ədəd partlamamış hərbi sursat, 191 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!