Modern.az

Ukraynaya səfər etmək çətinləşdi

Ukraynaya səfər etmək çətinləşdi

Aktual

10 İyul 2017, 19:01

Ukrayna ölkəyə gələn bütün xarici vətəndaşlar üçün biometrik nəzarət sistemini tətbiq edəcək.

 

Modern.az-ın məlumatına görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında deyib.

 

Onun sözlərinə görə, sərhədi keçən hər bir xarici vətəndaşdan biometrik məlumatlar, o cümlədən barmaq izləri, rəqəmsal fotoşəkil alınmalıdır.

 

P.Poroşenko qeyd edib ki, bu tədbirlər terrorçuluqla mübarizə imkanlarını gücləndirəcək və cəmiyyət tərəfindən yaxşı qarşılanacaq.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!