Modern.az

Kataloniyada müstəqilliklə bağlı referendum başlayıb

Kataloniyada müstəqilliklə bağlı referendum başlayıb

Aktual

1 Oktyabr 2017, 11:32

Kataloniyada müstəqilliklə bağlı referendumda səsvermə başlayıb.

 

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, məktəblərdə açılan 2300 seçki məntəqəsinin 1300-ü İspaniya polisinin nəzarəti altındadır və bağlanıb.

 

Buna görə də səsvermə bütün seçki məntəqələrində keçirilmir.  Bəzi seçki məntəqələrinə polislə toqquşmalar başlayıb. Kataloniya muxtariyyətinin hakimiyyəti səsverməyə 1 saat qalmış bəyan edib ki, Kataloniya sakinləri şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə istənilən seçki məntəqəsində səs verə bilərlər. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı