Modern.az

Paytaxtın iki əsas avtomagistralında sürət həddi endirildi

Paytaxtın iki əsas avtomagistralında sürət həddi endirildi

Aktual

6 Dekabr 2017, 20:15

Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralında sürət həddi endirilib.  Bakı Nəqliyyat Agentliyindən Modern.az-a verilən məlumata görə, bunlar Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi - Hava limanı yoludur. Hər iki yolda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

 

Bakı Nəqliyyat Agentliyi sürücülərə yollardakı sürət həddinə əməl etməyi tövsiyyə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...