Modern.az

Salyanda DƏHŞƏT: ər arvadını və 3 qızını öldürüb həyətdə basdırdı

Salyanda DƏHŞƏT: ər arvadını və 3 qızını öldürüb həyətdə basdırdı

Aktual

7 Dekabr 2017, 09:57

Salyanda itkin düşən ana və 3 qızın öldürüldüyü məlum olub.

 
Modern.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, 3 il əvvəl itkin düşən Əliyeva Mehparə və qızları - Rəqibə, Sevda, İradənin meyiti tapılıb. Onları M. Əliyevanın əri, 1954-cü il təvəllüdlü Fərhad Əliyevin öldürdüyü, yaşadıqları evin həyətində basdırdığı müəyyənləşib. Bu işdə F. Əliyevə onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyevin kömək etdiyi bildirilir.

 

Aparılan istintaq tədbirləri nəticəsində cinayətin üstü açılıb. Hazırda meyitlərin basdırıldığı yerdən çıxarılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər həyata keçirilir. Ata və oğlu saxlanılıb.

 

Faktla bağlı Salyan Prokurorluğunda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)