Modern.az

Formula-1: Azərbaycan ən çox tamaşaçı artımı göstərən ölkədir

Formula-1: Azərbaycan ən çox tamaşaçı artımı göstərən ölkədir

Aktual

10 Dekabr 2017, 14:51

Formula-1" Qran-prisi ziyarətçilərinin sayı orta hesabla 8 faiz artıb.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə turnirin "F1i" rəsmi saytına yerləşdirilən məlumatda bildirilir.

 

Statistikaya görə, promoterlər tərəfindən təqdim olunan auditoriya 20 yarışdan 13-də artıb, ümumi tamaşaçı sayı isə 4 milyon nəfəri ötüb.

 

60 min nəfərlik ən böyük artım Kanada və Avstriyada qeydə alınıb, nisbi rəqəmlərdə özünü ən yaxşı tərəfdən göstərən ölkə isə Azərbaycan olub. Azərbaycanda 2016-cı il mövsümü ilə müqayisədə tamaşaçı sayı iki dəfə artıb.

 

Ən yaxşı mütləq davamiyyət Böyük Britaniya Qran-prisində qeydə alınıb — 344 500 nəfər.

 

Tamaşaçı sayında ən çox azalma ABŞ-ın Ostin şəhərində keçirilən Qran-pridə qeydə alınıb. Burada tamaşaçı sayı 2016-cı il mövsümü ilə müqayisədə 11 889 nəfər az olub.

 

Qran-prinin üç günündə orta davamiyyət 203,570 nəfər təşkil edib, yəni yarışlara bir gündə orta hesabla 76 722 min nəfər gəlib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...