Modern.az

Ermənistan ABŞ vətəndaşını terrorçuluqda ittiham etdi

Ermənistan ABŞ vətəndaşını terrorçuluqda ittiham etdi

Aktual

14 Dekabr 2017, 11:53

Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkədə bir sıra ağır cinayətlər, o cümlədən terror aktı planlaşdıran ABŞ vətəndaşını axtarışa verib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, adı çəkilən şəxs hazırda həbs olunmayıb.

 

“Aparılan operativ əməliyyat tədbirləri nəticəsində məlum olub ki, 2017-ci ilin sentyabrında R.K adlı erməni mənşəli ABŞ vətəndaşı  Facebook-da “Ədalət naminə döyüşçülər” adlı qrup yaradaraq, Ermənistanda hakimiyyəti devirməyə çağıran məlumatlar yayıb".

 

Xüsusi xidmət orqanları bu qrupda olan şəxslərin ölkədə çoxsaylı terror planlaşdırdıqlarını ortaya qoyub.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı