Modern.az

Oqtay Əsədov jurnalistlərə qalib gələn deputatları təbrik etdi  

Oqtay Əsədov jurnalistlərə qalib gələn deputatları təbrik etdi   

Aktual

29 Dekabr 2017, 12:42

Milli Məclisin spikeri futbol yarışında deputatları jurnalistlərə qalib gəldiyinə görə təbrik edib. Modern.az-ın məlumatına görə, parlamentin sədri Oqtay Əsədov xatırladıb ki, bir neçə gün öncə Milli Məclisin deputatlarından ibarət futbol komandası ilə jurnalistlərin komandası arasında futbol yarışı keçirildi.

“Həmin yarışda deputatlarımız qalib gəldiyi üçün onları təbrik edirəm”,-O.Əsədov vurğulayıb.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş həmin oyun  3:2 hesabı ilə deputatların xeyrinə nəticələnmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu