Modern.az

Alpinistlərin axtarışına daha 10 nəfər dağ-xilasedicisi cəlb olundu - Rəsmi XƏBƏR  

Alpinistlərin axtarışına daha 10 nəfər dağ-xilasedicisi cəlb olundu - Rəsmi XƏBƏR   

Aktual

29 Dekabr 2017, 13:29

23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Rəsmi məlumata görə, nazirliyin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və xüsusi təlim keçmiş itlər, peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.

Qeyd edək ki, bu gün səhər saatlarından Xüsusi Riskli Xilasetmə Xidmətinin əlavə 10 nəfər dağ-xilasedicisi axtarışlara cəlb olunub.                          

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı