Modern.az

2018-ci ildə dünyada böyük humanitar böhran gözlənilir

2018-ci ildə dünyada böyük humanitar böhran gözlənilir

Aktual

31 Dekabr 2017, 10:17

Gələn il İkinci Dünya Müharibəsindən sonra dünyada ən böyük humanitar böhran baş verə bilər.

 

Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın beynəlxalq inkişaf üzrə katibi Penni Mordaunt bəyan edib.

 

Söhbət ilk növbədə Yəmən, Cənubi Sudan və Birmada aclıq və münaqişələrdən gedir. Əgər 2017-ci ildə 20 milyondan çox insan aclıqdan əziyyət çəkibsə, 2018-ci ildə daha çox insanın aclıqla üzləşəcəyi proqnozlaşdırılır.

 

P. Mordaunt bildirib ki, Böyük Britaniya humanitar proqramların maliyyələşdirilməsinə ayrılan vəsaiti artırmaq niyyətindədir. 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...