Modern.az

Britaniya milli kriptovalyutanı dövriyyəyə buraxır

Britaniya milli kriptovalyutanı dövriyyəyə buraxır

Aktual

31 Dekabr 2017, 21:11

Britaniyanın Mərkəzi Bankı 2018-ci ildə milli kriptovalyutanın dövriyyəyə buraxılmasına izn verə bilər. Modern.az xəbər verir ki, bu barədə “Teleqraf” qəzeti məlumat yayıb.

Məlumatda Mərkəzi Bankın bunun üçün 2015-ci ilin fevralından xüsusi tədqiqat qrupu yaratdığı bildirilir. Qrupun hazırda bitkoinlərlə elektron tranzaksiya texnologiyalarını öyrəndiyi vurğulanıb. 2018-ci ildə bu qrupun öz tədqiqatının nəticəsini açıqlayacağı bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!