Modern.az

Azərbaycanda Yeni il qeyd edilir

Azərbaycanda Yeni il qeyd edilir

Aktual

1 Yanvar 2018, 00:11

Azərbaycanda Yeni il qeyd edilir. Modern.az saytı xəbər verir ki, yanvar ayı (latınca "Yanvarus") qədim Roma ilahəsi Yanusun şərəfinə adlandırılıb. Qriqori təqvimində ilin birinci ayıdır. Qriqori təqvimi 1582-ci ildə qəbul edilib.

 

Rusiyada I Pyotrun fərmanı ilə indiki Yuli təqviminə keçilib. Bu fərmana uyğun olaraq, yanvarın 1-i İsa Məsihin doğum günü - ilin başlanğıcı kimi qəbul edildi və XVIII əsr 1701-ci il yanvarın 1-dən başlandı.

 

Keçmiş Sovet İttifaqında bu təqvim 1918-ci ildə V.İ.Leninin fərmanı ilə rəsmiləşdirildi. Beləliklə, o vaxta qədər Yeni il hər ayın 13-dən başlayırdısa, bu fərq aradan götürüldü və Yeni il 1 yanvardan hesablanmağa başlandı. O vaxtdan Yeni il yanvarın 1-dən başlayır. 1 Yanvar həm də istirahət günü sayılır.

 

Azərbaycan müstəqil respublika olduqdan sonra da ölkəmizdə həmin təqvim əsas götürülüb və 1 yanvar istirahət günü kimi qeyd olunur.

 

2006-cı ildən isə 1-2 yanvar tarixləri bayram günləri sayılır və istirahət günü kimi qeyd edilir.

 

Şərq qoroskopuna əsasən, 2018-ci ilin simvolu sarı torpaq İti olacaq. Hər şeydən əvvəl it öz sədaqətiylə və itaətkarlığı ilə məşhur olur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)