Modern.az

Rəsmi Tehran İrandakı aksiyalara görə 3 ölkəni ittiham etdi

Rəsmi Tehran İrandakı aksiyalara görə 3 ölkəni ittiham etdi

Aktual

2 Yanvar 2018, 10:25

İrandakı etirazların arxasında ABŞ, Böyük Britaniya və Səudiyyə Ərəbistanı dayanır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamhani deyib.

 

Onun sözlərinə görə həmin ölkələr sosial şəbəkələrdə etiraz aksiyalarının keçirilməsi ilə bağlı aparılan kampaniyaya rəhbərlik edirlər:

 

"Bizim təhlillərimizə əsasən, İran əleyhinə yeni "heşteq"lərin 27 faizi Səudiyyə rəhbərliyi tərəfindən yaradılıb".

Ə.Şamhani etirazların bir neçə gündən sonra başa çatacağını bildirib.

 

Qeyd edək ki, dekabrın 28-dən İranın Tehran, Məşhəd, İsfahan və Rəşt şəhərlərində kütləvi sosial etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı 10 nəfərin öldüyü bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)