Modern.az

İrandakı aksiyalarda ölənlərin sayı 23-ə çatdı

İrandakı aksiyalarda ölənlərin sayı 23-ə çatdı

Aktual

2 Yanvar 2018, 16:44

İranda davam edən kütləvi etiraz aksiyaları nəticəsində ölənləri sayı artıb.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, kütləvi aksiyalar nəticəsində 23 nəfər ölüb, 500-dən çox adam saxlanılıb.

 

Tehran qubernator müavini Əli Əsğər Nasirbaht açıqlamasında 450 nəfərin saxlanıldığını bildirib.

 

Qeyd edək ki, dekabrın 28-də Məşhəddə başlayan aksiyaların iştirakçıları qiymətlərin artırılmasına etiraz edirlər. Ölkə rəsmiləri İran hökumətinin ölkə vətəndaşlarının ehtiyac və problemlərini həll etmək üçün əlindən gələni etdiyini və edəcəyini açıqlayıblar.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı