Modern.az

Ukraynada  Azərbaycan vətəndaşı həbs edildi

Ukraynada  Azərbaycan vətəndaşı həbs edildi

Aktual

4 Yanvar 2018, 20:28

Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan vətəndaşı həbs olunub. Modern.az  APA-ya istinadən xəbər verir ki, bu gün Kiyev şəhərində polis tərəfindən saxlanılan 1991-ci il təvəllüdlü Elnur Cəbrayılov barəsində Peçerski rayon məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Azərbaycan vətəndaşı insan alverində ittiham olunur. İttihamla razılaşmayan E. Cəbrayılov apelyasiya şikayəti verməyə hazırlaşır.

 

Qeyd edək ki, son bir neçə ay ərzində Kiyevdə daha bir neçə Azərbaycan vətəndaşı müxtəlif ittihamlarla həbs olunub, barələrində istintaq gedir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)