Modern.az

Salyan sakini 3 ildir evindən çıxıb və geri qayıtmayıb - FOTO

Salyan sakini 3 ildir evindən çıxıb və geri qayıtmayıb - FOTO

Aktual

2 Fevral 2018, 12:08

Salyan rayonunun Şorsulu kənd sakini, 1979-cu il təvəllüdlü Ramella Bayramova 2014-cü ildə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib ki, həmin qadının xarakterik əlamətləri belədir: boyu 157 santimetr, arıq bədən quruluşlu, nazik uzunsov qarayanız sifətli, qara qısa saçlı, gözlərinin rəngi qəhvəyidir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə 021-255-51-83 şəhər, (050) 296-96-80 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin ŞƏRT QOYDU - Paşinyan bunu rədd etdi - Gündəm Masada - Media Turk TV