Modern.az

Gəncə, Sumqayıt, Abşeronda da I sinfə qəbul elektron formada aparılacaq

Gəncə, Sumqayıt, Abşeronda da I sinfə qəbul elektron formada aparılacaq

Aktual

5 Fevral 2018, 17:38

Bakı ilə yanaşı, Gəncə, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində 2018/2019-cu dərs ili üçün I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı təhsil naziri vəzifəsini müvəqqəti icra edən Ceyhun Bayramov "2018/2019-cu dərs ilində elektron sistem vasitəsilə I sinfə şagird qəbulunun əhatə dairəsinin genişləndirilməsi barədə" əmr imzalayıb.

 

Əmrə əsasən, Bakı, Gəncə, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində 2018/2019-cu dərs ili üçün I sinfə şagird qəbulu ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçiriləcək.

 

I sinfə qəbul üçün ərizələrin onlayn qeydiyyatı Bakı şəhəri və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 2018-ci il fevralın 22-dən, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələri üzrə isə martın 12-dən başlanacaq.

 

I sinfə elektron ərizə qəbulu üzrə yaradılmış işçi qrupa bu əmrdən irəli gələn vəzifələrin icrasını təmin etmək tapşırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)