Modern.az

20 günlük körpədə nəhəng ölçülü "kista" aşkarlandı   

20 günlük körpədə nəhəng ölçülü

Aktual

12 Mart 2018, 11:46

20 günlük, 3 kq çəkisi olan qız uşağının yumurtalığında nəhəng ölçülü "kista" aşkarlanıb.

 

Bu barədə Modern.az-a Op.Dr. Fuad Hüseynov məlumat verib.

 

F.Hüseynov deyib ki, bətndaxili dövrdə çəkilmiş UZİ-müayinəsində qarın boşluğunda böyük ölçülü törəmə (şiş) aşkarlanıb:

 

“Körpənin valideynləri təşvişlə bizə müraciət etdi. Aparılan müayinələr nəticəsində məlum oldu ki, körpənin sol yumurtalığında təqribən 10-12 sm ölçüdə "kista" mövcuddur . Gözləmək təhlükəli idi,çünki nəhəng ölçülü kista uşağın yumurtalığını buraraq yumurtalığını itirməsinə səbəb ola bilərdi”.
Həkimin sözlərinə görə, uşağın yaşını, anesteziya risklərini, kistanın böyüklüyünü, həm də ailənin istəyini nəzərə alaraq açıq cərrahi əməliyyat qərarı verilib:

 

“Cərrahi əməliyyat zamanı kistanın içərisindən təqribən 100-150 ml maye boşaldıldı, yumurtalıq qorunaraq kista çıxarıldı. Körpə hal-hazırda evlərindədir, bütün təhlükəli vəziyyətləri geridə qoymağın sevincini yaşayır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı