Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya Skripal qarabaşaq sıyığından zəhərləniblər. Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniya mətbuatı yazıb.
Qeyd olunur ki, Sergey Skripal qızından Rusiyadan qarabaşaq, ədviyyat və dəfnə yarpağı gətirməsini xahiş edib. Lakin Yuliya Skripal atasının xahişini unudub. Buna görə, o Londona gəlməyi planlaşdıran rəfiqəsindən Moskvadan həmin ərzaqları gətirməyi xahiş edib.
Böyük Britaniya ekspertləri zəhərin Moskvadan Yuliya Skripalın rəfiqəsi tərəfindən gətirildiyini deytib.