Modern.az

Gəncəli baykerlər - VİDEO

Gəncəli baykerlər - VİDEO

Aktual

17 May 2018, 14:17

Gəncənin küçələrinə səs salan, ətrafdakıların böyük marağına səbəb olan gənclər adrenalin sevgilərinə, bir də motosikletlərinə güvənirlər.

Gəncəli baykerlərin sürətinə çatmaq çətin görünsə də, onlardan müsahibə almağı bacardıq. Söhbət zamanı məlum oldu ki, gəncəli baykerlərin “Motodrive”adlı klubları var. Klubun əsasını adrenalin həvəskarı, bayker Turan Əhmədov qoyub. Daha sonra isə “Motodrive”ın sıralarına Azər Quliyev, Şahverdi Bayramov və Natiq Yusifli qatılıb. Beləliklə də, “Motodrive” müsahiblərimizin sözü ilə desək “tam formalaşıb”. Klub üzvləri hələ yolun başında olduqlarını, peşəkarlıqlarını daha da artırdıqdan sonra ölkəmizi beynəlxalq səviyyəli motoyürüşlərdə təmsil etmək arzusunda olduqlarını bildirdilər. Gəncəli baykerlərlə söhbətimizin ardı süjetimizdə...

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?