Modern.az

Yəmən bombalandı, 30 husi həlak oldu

Yəmən bombalandı, 30 husi həlak oldu

Aktual

1 İyun 2018, 10:59

Yəmənin Səda vilayətində koalisiya qüvvələri ilə qarşıdurma zamanı 30-dan çox husi həlak olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, koalisiya qüvvələri husilərlə atışmadan sonra Ketaf və Əl- Baka rayonlarında bəzi mövqeləri ələ keçirib. Husilərin qalasını ələ keçirmək üçün gedən döyüşlərdə xeyli sayda silah-sursat ələ keçirilib. Yəmən ordusundan da 3 əsgərin öldürüldüyü bildirilir.

 

Qeyd edək ki, Səda husilərin qalası kimi tanınaraq, strateji əhəmiyyət daşıyır.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)