Modern.az

Qazax və Salyan sakinlərindən silah-sursat götürülüb

Qazax və Salyan sakinlərindən silah-sursat götürülüb

Aktual

1 İyun 2018, 11:15

Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının bu istiqamətdə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Nəsibovdan “AK” markalı silah, 1 ədəd patron darağı və 22 ədəd patron götürülüb.

DİN-dən Modern.az-a verilən məlumata görə, əldə edilmiş məlumatlar əsasında Salyan Rayon Polis Şöbəsi əməkdaşlarınını keçirdikləri tədbirlər nəticəsində Alçalı kənd sakini Eltac Əkbərovun evindən 1 ədəd, Yenikənd kənd sakini Əvəz Rzayevdən isə 2 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngləri götürülüb.

 

Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.

Faktlarla bağlı araşdırmalar aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...