Modern.az

Daha bir müəllim imtahanda 60 bal topladı  

Daha bir müəllim imtahanda 60 bal topladı   

Aktual

1 İyun 2018, 11:27

May ayının 26-dan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başlayıb. Proses iyunun 2-də başa çatacaq. 

Müəllimlərin diaqnostik qiymətləndirilməsi məqsədilə keçirilən imtahanlarda daha bir pedaqoq 60 bal toplayıb.

Modern.az-ın məlumatına görə, Biləsuvar rayonunun Yuxarı Cürəli kənd tam orta məktəbinin kimya müəllimi Ziyafət Məmmədov diaqnostik qiymətləndirilmədə 60 bal toplayıb. Z.Məmmədov ötən il biologiya üzrə diaqnostik qiymətləndirmədən keçərək 54 bal toplayıb. Bu dəfə isə imtahanlara kimya fənni üzrə qatılıb və 60 bal yığıb.

Z.Məmmədov Bakı Dövlət Universitetini bitirib. Hazırda Biləsuvar rayon mərkəzindən 15 kilometr məsafədə yerləşən Yuxarı Cürəli kəndində çalışır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?