Modern.az

Müəllim və valideynlərin şikayətləri dinlənildi

Müəllim və valideynlərin şikayətləri dinlənildi

Aktual

1 İyun 2018, 16:28

İyunun 1-də Bakıdakı 314 nömrəli tam orta məktəbdə müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

 

BŞTİ-dən Modern.az-a bildirilib ki, paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə keçirilən qəbulda vətəndaşlar uşaqlarının məktəbə qəbulu, məktəblərin təmiri, maddi-texniki təminatı, əlavə korpusun tikilməsi, diaqnostik qiymətləndirmə və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

 

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?