Modern.az

Sumqayıtda binadan yıxılan fəhlə öldü

Sumqayıtda binadan yıxılan fəhlə öldü

Aktual

1 İyun 2018, 23:42

Sumqayıtda fəhlə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Modern.az "Report"a istinadən xəbər verir ki, Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhər ərazisində inşa olunan yaşayış binalarının birində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1955-ci il təvəllüdlü Teyyub Hüseynov fəhlə işlədiyi yaşayış binasından yıxılaraq dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Sumqayıt şəhər morquna təhvil verilib.

Faktla bağlı baş vermiş hadisənin təfərrüatları araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!