Modern.az

Ötən gün Azərbaycan yollarında 1 nəfər öldü, 21 nəfər yaralandı

Ötən gün Azərbaycan yollarında 1 nəfər öldü, 21 nəfər yaralandı

Aktual

2 İyun 2018, 09:51

İyunun 1-də respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 85 cinayət faktı qeydə alınıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, baş verən cinayətlərin 23-ü “isti izlər”lə açılıb. Məlumata görə, həmin gün əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

 

Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

 

Gün ərzində respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 1 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

 

Məlumata görə, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)