Modern.az

Tramp-Putin görüşü PLANLAŞDIRILIR

Tramp-Putin görüşü PLANLAŞDIRILIR

Aktual

2 İyun 2018, 12:10

Ağ Ev ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putinin görüşünə hazırlıq görür.

 

Modern.az “The Vall Street Journal” a istinadən xəbər verir ki, ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman Vaşinqtona bu məqsədlə gəlib.

 

Jurnalın bir neçə mənbəyə istinadən yaydığı məlumatda iki ölkə liderlərinin görüşünün təşkil edilməsinin Hantsmanın layihəsi olduğu vurğulanır.

 

Bununla yanaşı, görüşün təşkilinin hazırda başlanğıc mərhələdə olduğu da bildirilir.

 

“Putin və Tramp arasında keçiriləcək görüş Hantsmanın layihəsidir və bir neçə aya baş tuta biləcək”- mənbə bildirib.

 

Bundan əvvəl Putinin köməkçisi Yuriy Uşakov bəyan edib ki, noyabrda baş tutacaq “G 20” ölkələrinin sammitinədək Putin-Tramp görüşünün keçirilməsi məsələsi gündəmə gətirilməyəcək.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?