Modern.az

Zabit olmaq istəyən gənclər Ali Hərbi Məktəbdə dövlət imtahanları verirlər - FOTOLAR

Zabit olmaq istəyən gənclər Ali Hərbi Məktəbdə dövlət imtahanları verirlər - FOTOLAR

Aktual

2 İyun 2018, 13:51

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dövlət imtahanları keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri ixtisasları üzrə dörd il müddətində hazırlıq keçən kursantlar bilik və bacarıqlarını nümayiş etdirirlər.

Gələcəyin zabitləri sinif otaqlarında və xüsusi hazırlanmış məntəqələrdə ixtisasları və rəhbər sənədləri bilmələri üzrə nəzəri, çöl səhra şəraitində isə taktiki və atəş hazırlığı, döyüş texnikasının istismarı, eləcə də digər fənlər üzrə praktiki imtahanlar verirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?