Modern.az

BDU-da “Açıq qapı” günü keçirilib - FOTOLAR

BDU-da “Açıq qapı” günü keçirilib - FOTOLAR

Aktual

6 İyun 2018, 14:44

Bu gün Bakı Dövlət Universiteti rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının təşəbbüsü, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları və Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin iştirakı ilə 2017/2018-ci tədris ilinin yaz imtahan sessiyasında “Açıq qapı” günü keçirilib.

 

Əvvəlcə müəllim-koordinatorların bölgüsünə qatılan müşahidəçilər imtahanların keçirilmə prosesi ilə tanış olublar. Məlum olub ki, BDU rektorunun imzaladığı əmrə əsasən universitetdə imtahanlar iyunun 4-dən 30-dək keçiriləcək.

 

Bir qayda olaraq yazılı formada aparılan imtahanlar zərurət yarandığı hallarda bəzi fənlər üzrə şifahi-dialoq və ya test formasında keçirilir. İmtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə dekanlar, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində universitet üzrə «Qaynar xətt» yaradılıb, universitetin bütün tədris korpuslarında şikayət, təklif qutuları asılıb. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları operativ şəkildə aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları təşkil edilib.

 

Auditoriyalarda müşahidə aparan “Açıq qapı” günü iştirakçıları imtahan prosesini eyni zamanda, universitetin Tədris Departamentindən də izləyiblər. Sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmov müşahidəçilərlə görüşüb. İmtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsi, bununla yanaşı hər auditoriyada 2-3 müəllim-koordinatorun nəzarət etməsi, imtahan prosesində baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsi yüksək qiymətləndirilib, həmçinin tələbələrə öz biliklərini ifadə etmək üçün yaradılan şəraitdən məmnunluq ifadə edilib.

 

Görüşdə müşahidəçiləri maraqlandıran suallara cavab verilib və irəli sürdükləri təkliflər müzakirə olunub.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?