Raqub Məmmədov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Modern.az xəbər verir ki, məlumatına görə, bu barədə prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.
Xatırladaq ki, Raqub Məmmədov 1993-2014-cü illərdə Milli Təhlükəsizlik Nazirliyi sistemində xidmət edib. Sonuncu iş yeri Milli Təhlükəsizlik Naziriliyinin Tərtər rayon şöbəsinin rəisi vəzifəsi olmuşdu.
16 aprel 2014-cü il tarixdində Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.