Modern.az

AzEdu Milli Ordu günü ilə bağlı RƏSM MÜSABİQƏSİ elan etdi

AzEdu Milli Ordu günü ilə bağlı RƏSM MÜSABİQƏSİ elan etdi

Aktual

6 İyun 2018, 16:12

1918-ci ilin26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılan Azərbaycan Ordusunun bu il 100 yaşı tamam olur. 

AzEdu.az bu münasibətlə məktəbli oğlanlar arasında keçirilən “Bugünün məktəblisi, sabahın əsgəri”adlı  rəsm müsabiqəsi elan edib. 6-11-ci siniflərdə təhsil alan oğlanlar arasında keçirilən  müsabiqədə Bakı və Bakıətrafı məktəblərin şagirdləri iştirak edə bilərlər.

Yarışmada iştirak etmək istəyənlər çəkdikləri rəsmin fotosunu 20 iyun saat 18:00-dək İ[email protected]  elektron poçtuna və ya  055 329 48 78 mobil nömrəsinin whatsapına göndərə bilərlər.

Rəsmlər aşağıda adları qeyd olunan münsiflər tərəfindən qiymətləndiriləcək:

Soltan Soltanov- irrealist rəssam

Seymur Verdizadə - müstəqil jurnalist

Elşad Eyvazlı- Parlament Jurnalistlər Birliyinin sədri

Rəsmin mövzusu:

“Azərbaycan əsgəri”

Qeyd edək ki, rəsmlərdə keyfiyyət yox, məzmun əsas götürülür. Seçimin nəticələrinə əsasən hər sinif üzrə bir nəfər qalib elan olunacaq.  Müsabiqə qalibləri Şamaxı rəsədxanasına gecə ekskursiyası və N saylı hərbi hissədə əsgərlərlə görüşmə şansı qazanacaq. Layihə Müdafiə Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Qalib olduğunuz təqdirdə çəkdiyiniz rəsmin orijinalını özünüzlə gətirməniz xahiş olunur.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?