Modern.az

“Oksford”un şagirdləri Milli Məclisdə - FOTOLAR

“Oksford”un şagirdləri Milli Məclisdə - FOTOLAR

Aktual

6 İyun 2018, 18:54

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev və deputat Mahir Abbaszadə iyunun 6-da parlamentdə Oksford məktəbinin şagirdləri ilə görüşüblər.

 

Modern.az xəbər verir ki, Komitə sədri şagirdləri Milli Məclisdə Heydər Əliyevin adını daşıyan xatirə zalı və plenar iclas zalı ilə yaxından tanış edib. 

Daha sonra görüş dəyirmi masa ətrafında davam edib.

 

Ülvi Quliyev şagirdlərə parlamentin tarixi inkişafı haqqında geniş məlumat verib.

Uşaqların parlamentlə bağlı sualları komitə sədri və komitənin üzvü Mahir Abbaszadə tərəfindən cavablandırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?