Modern.az

Tramp Inla “pirat adasında” görüşəcək

Tramp Inla “pirat adasında” görüşəcək

Aktual

6 İyun 2018, 19:35

ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında görüş iyunun 12-də Sinqapurun Sentos adasında keçiriləcək.

BBC xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders öz “Twitter” hesabında məlumat yayıb.

 

Sanders danışıqların “Capella” otelində aparılacağını bildirib. Onun sözlərinə görə, Trampla In, böyük ehtimalla, fərqli otellərdə gecələyəcəklər.

 

Qeyd edək ki, Sentos Sinaqpurun 63 adasından biridir. Cırtdan adanın sahəsi cəmi 500 hektardır. Hazırda lüks sinfindən olan evlərin, istirahət mərkəzlərinin və otellərin yerləşdiyi adada uzaq keçmişdə dəniz quldurları məskunlaşıb.

 

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır