Modern.az

Gəncə avtomobil zavodu  traktor istehsalını artırır

Gəncə avtomobil zavodu  traktor istehsalını artırır

Aktual

6 İyun 2018, 20:04

Gəncə avtomobil zavodu və Minsk traktor zavodu “Belarus” traktorlarının Azərbaycanda istehsalı üzrə müqaviləni 2018-ci ilin sonunadək artıra bilərlər. Modern.az xəbər verir ki, bunu “Trend”ə Gəncə avtomobil zavodunun direktoru Kamran Nəzərov deyib.

 K.Nəzərovun sözlərinə görə, yaxın zamanlarda zavod 1000 ədəd maşının istehsalını nəzərdə tutan əvvəlki müqavilə üzrə işləri başa çatdıracaq:

 “Bununla da müqavilənin ilin sonunadək artırılması imkanı yaranır. Yeni müqavilə ilə yığılacaq traktorların sayı danışıqlar zamanı müəyyən ediləcək”.

 Qeyd edək ki, ötən ilin sonunda Gəncə avtomobil zavodu və Minsk traktor zavodu arasında əməkdaşlıq barədə strateji saziş imzalanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!