Modern.az

Qusarda 58 yaşlı kişi intihar etdi

Qusarda 58 yaşlı kişi intihar etdi

Aktual

6 İyun 2018, 20:53

Qusar rayonu ərazisində intihar faktı qeydə alınıb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Həzrə kəndində baş verib.  Kənd sakini  1960-cı il təvəllüdlü Quliyev Əlirza Mirzə oğlu özünü həyətyanı sahəsində ağacdan asaraq intihar edib. Onun meyiti anası tərəfindən aşkar edilib.

İntihar edən şəxsin spirtli içkilərə aludə olduğu bildirilir.

 Faktla bağlı araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?