Modern.az

Kürdəmirdə iki minik avtomobili toqquşdu

Kürdəmirdə iki minik avtomobili toqquşdu

Aktual

6 İyun 2018, 21:19

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

 

Kürdəmir rayonunun Ərəbxana kənd sakini, 1979-cı il təvəllüdlü İlhamiz Əlabbas oğlu Vəliyevin idarə etdiyi “QAZ-31” markalı minik maşını ilə 1995-ci il təvəllüdlü Orxan Hafiz oğlu Fərəclinin idarə etdiyi “Mercedes” markalı maşınla toqquşub.

 

 Nəticədə sürücü O. Fərəcli müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

 Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?