Modern.az

Ali məktəbə qəbul olan tələbələrin sayı 12 faiz artıb

Ali məktəbə qəbul olan tələbələrin sayı 12 faiz artıb

Aktual

7 İyun 2018, 11:49

Azərbaycanda ali məktəbə qəbul olan tələbələrin sayı 12 faiz artıb.

 

Modern.az-ın məlumatına görə, bunu ADA Universiteti 3-cü Beynəlxalq Elmi Təhsil Konfransının açılış mərasimində çıxış edən təhsil naziri Ceyhun Bayramov deyib.

 

Nazir bildirib ki, təhsilin inkişafı üzrə Dövlət Strategiyasının qəbulundan 5 ilə yaxın müddət keçir. Bu müddətdə bir çox işlər görülüb, təhsilin məzmunu sahəsində nailiyyətlər əldə edilib.

 

C.Bayramov əlavə edib ki, peşəkar kadrların hazırlanması istiqamətində də aktiv işlər aparılır.

 

O qeyd edib ki, ali təhsil və ilk peşə ixtisası sahəsində bəzi dəyişikliklərin edilməsinə başlanılıb: "Son bir neçə ildə ali məktəbə qəbul olan tələbələrin sayı 12 faiz, yaxud 4 min nəfər artıb".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı