Modern.az

Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs SAXLANILDI

Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs SAXLANILDI

Aktual

7 İyun 2018, 15:41

Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyindən Xəzər Rayon Polis İdarəsinə Aeraport-Buzovna istiqamətində yol kənarında yağış sularının axıdılması üçün nəzərdə tutulan 102 ədəd kanalizasiya quyusunun qapaqlarının oğurlanması barədə  şikayət ərizəsi daxil olub.

 

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Cavidan Cabbarov tutulub. Saxlanılan şəxs ifadəsində həmin qapaqları oğurlayaraq metal qəbulu məntəqələrinə satdığını bilirib.

 

Polis Şöbəsində C.Cabbarovun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman narkotik maddə olan 0,254 heroin də aşkar olunaraq götüürülüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?