Modern.az

Sumqayıtda 19 yaşlı aptek işçisi döyüldü

Sumqayıtda 19 yaşlı aptek işçisi döyüldü

Aktual

7 İyun 2018, 20:59

Sumqayıt şəhərində 19 yaşlı qız döyülüb. Modern.az "Report"a istinadən xəbər verir ki, Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 42-ci məhəllə ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü Cəmilə Qismət qızı Seyidova naməlum şəxslərin hücumuna məruz qalıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisənin kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, C.Seyidova Sumqayıt şəhərində apteklərdən birində işləyir.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır